Xəbərlər

Dünya çempionatı: Nizami İmranov və Turan Bayramov mübarizəni dayandırıb

05 oktyabr 2026 - 11:39 43

Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

 

66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində rusiyalı Ramazan Abdullayevə uduzub.

 

Eyni çəkidə Turan Bayramov 1/32 finalda Finlandiyadan olan Lukas Sahaya məğlub olub.

 

Bu gün Bu gün Gültac Məmmədəliyeva (52 kq) da tatamiyə çıxacaq. Ruslan Paşayev (66 kq) ilk görüşdə qalib gəlib.

 

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

 

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.