Xəbərlər

Dünya çempionatı: Elcan Hacıyev mübarizəni dayandırıb

08 oktyabr 2026 - 13:14 41

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

 

Milli üzvü 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.

 

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.