Dünya Badminton Federasiyasının İnkişaf direktoru Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb
17 dekabr 2024 632
Azərbaycanda səfərdə olan Dünya Badminton Federasiyasının İnkişaf direktoru Yan Rayt Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb.
Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev və badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvinin iştirak etdiyi görüşdə ölkəmizdə parabadmintonun inkişaf perspektivləri müzakirə olunub.
Daha sonra bu istiqamətdə görülən işlər və Dünya Badminton Federasiyası ilə əməkdaşlıq imkanları barədə söhbətlər aparılıb.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı