Xəbərlər

Daha bir medal təmin olundu

30 iyul 2021 983

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci medalı təmin edib. Buna 81 kq çəki dərəcəsində yer alan Alfonso Dominges nail olub. 26 yaşlı idmançı 1/4 final görüşündə türkiyəli Bayram Malkanı üstələyib.

 

Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir. Bu səbəbdən, Dominges Azərbaycanın aktivinə növbəti medalı yazdıracaq. Həmin medalın əyarı isə növbəti günlərdə müəyyənləşəcək.

 

Qeyd edək ki, Azərbaycanın ilk medalını bu gün cüdoçu İrina Kindzerska (+78 kq) qazanıb.