Daha bir güləşçimiz V İslamiadada gümüş medal qazanıb
12 avqust 2022 917
Yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) V İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olub.
Güləşçimiz həlledici görüşdə İran idmançısı Mahmud Rüstəmi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Ü.Qənizadə 8:9 hesabı ilə məğlub olub və turniri ikinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
Bənzər xəbərlər
Atletimiz üçün yeni sınaq
Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyanın Xemnitz şəhərində təşkil olunacaq XXVI beynəlxalq qış ... Ətraflı
Yeniyetmə taekvondoçularımız təlim-məşq toplanışına başlayıb
Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Bu ... Ətraflı