Daha 2 boksçumuz Qızıl kəmər seriyasında mərhələ adlayıb
03 fevral 2023 311
Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan yığmasının daha 2 idmançısı mübarizəyə qoşulub.
Avropa Oyunlarının mükafatçısı Tayfur Əliyev (60 kq) 1/8 final çərçivəsində Kərim Abdulla (Mali) ilə qarşılaşıb. Görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 5:0 (30:25, 29:27, 29:27, 29:27, 29:27). Əliyev yarımfinala gedən yolda rusiyalı Vsevolod Şumkovla döyüşəcək.
Tayfurun uğurunu qardaşı Sərxan Əliyev də təkrarlayıb. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının bürünc medalçısı ilk qarşılaşmasında Sarohatua Lumbantobinqlə (İndoneziya) münasibətinə aydınlıq gətirib. Rəqibini 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:26) hesabı ilə məğlub edən Əliyev mərhələ adlayıb. Sərxan 1/4 finalda Alimami Kristian Tomasla (Sierra Leone) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışın üçüncü günündə Murad Allahverdiyev (80 kq) İmam Xatayevlə (Rusiya), Mirşərif Kazımzadə (75 kq) David Mvenekabve (Konqo Demokratik Respublikası) ilə döyüşəcək.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı