Dağ velosipedi üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
22 oktyabr 2025 - 13:10 532
Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə keçirilən dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub.
AzVİF-dən bildirilib ki, yarışın ikinci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə qüvvələrini sınayıblar.
U-15 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli, müvafiq olaraq, 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Gənclər, U-23, Elit yaş kateqoriyasında Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.
Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı