Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vuruldu
06 dekabr 2025 - 21:11 604
Bakı İdman Sarayında keçirilən qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışlara yekun vurulub.
Olympic.az xəbər verir ki, yüksək yarış standartlarında təşkil olunan çempionatın ikinci günündə 7 çəki dərəcəsi üzrə 93 cüdoçu mükafatlar uğrunda mübarizə aparıb.
Qadınlar arasında Könül Əliyeva (48 kq, "Neftçi" İK), Aydan Vəliyeva (52 kq, "Neftçi" İK), Vüsalə Hacıyeva (57 kq, "Neftçi" İK), kişilərin yarışında isə Vüsal Qələndərzadə (81 kq, "Atilla" İK), Məmmədrza Hacızadə (90 kq, "Sərhədçi" İM), Elmar Qasımov (100 kq, "Atilla" İK) və Kənan Nəsibov (+100 kq, "Kanokan-TT" İK) bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına layiq görülüb.
Ümumi mükafat fondu 50 min manat olan budəfəki çempionatda paytaxt və bölgələri təmsil edən 50 klubdan 206 (154 kişi, 52 qadın) cüdoçu medallar uğrunda yarışıb.
Azərbaycan çempionatına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı