Bu gün daha iki cüdoçumuz dünya çempionatında mübarizə aparacaq
03 oktyabr 2024 993
Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir. Yarışların ikinci günündə 2 çəki dərəcəsində 2 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Oğlanlar arasında -73 kq çəkidə Vüsal Qələndərzadə, qızlar arasında -57 kq çəkidə Fidan Əlizadə tatamiyə çıxacaq.
Dünya çempionatına oktyabrın 6-da yekun vurulacaq.