Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib
07 sentyabr 2024 1408
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
"olympic.az" paylaşımı təqdim edir:
“Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında 3-cü medalı! Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm! Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər arzulayıram”.
