Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyinə yekun vurulub
11 dekabr 2024 734
Bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə yekun vurulub.
3 gün davam edən turnirdə 6 idman klubundan 95 gimnast balacalar (2014-2016), yeniyetmələr (2011-2013) və gənclər (2010-2011) yaş kateqoriyalarında mübarizə aparıb.
İdmançılar son yarış günündə fərdi çoxnövçülük və ayrı-ayrı alətlərdə qüvvələrini sınayıblar. Yekunda qaliblər medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı