Bakıda minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
01 iyun 2025 563
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib.
Tədbir final oyunundan əvvəl Milli Gimnastika Arenasında təşkil olunub.
Əvvəlcə Azərbaycanın xalq musiqi nümunələri təqdim olunub. Ardınca isə müğənni Mərdan Kazımov və xalq artisti Faiq Ağayev çıxış ediblər.
Qeyd edək ki, dünya çempionatına bu gün Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq.