Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
02 oktyabr 2026 - 18:08 159
Oktyabrın 2-də Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və qurumların rəsmiləri Fəxri xiyabanı və Zəfər abidəsini ziyarət ediblər.
ACF-dən verilən məlumata görə, əvvəlcə Fəxri xiyabana gələn nümayəndələr xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Zəfər parkında Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, ziyarət Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ərəfəsində baş tutub. Yarış 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı
