Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı lisenziya sayı 27-yə çatıb
29 may 2024 1609
Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməyə davam edir.
Bu uğura Rostislav Pevtsov (triatlon) və Anna Başta (qılıncoynatma) imza atıb.
Bununla da Azərbaycan milli komandasının lisenziya sayı 27-yə yüksəlib.
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar:
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası
Qrup hərəkətləri komandası, bədii gimnastika (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
Güləş
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomedov (86 kq), sərbəst güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş
Murad Məmmədov (60 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Rafiq Hüseynov (87 kq), yunan-Roma güləşi
Sabah Şəriəti (130 kq), yunan-Roma güləşi
Mariya Stadnik (50 kq), qadın güləşi
Atletika
Anna Skidan, çəkicatma
Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo
Qaşım Maqomedov (58 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Basketbol
Qadın yığması, 3x3 növü
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
Triatlon
Rostislav Pevtsov
Qılıncoynatma
Anna Başta, (sablya)
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı