Azərbaycanın güllə atıcısı dünya çempionatında bürünc medal qazanıb
07 oktyabr 2024 1123
Azərbaycanın güllə atıcısı Sofiya Barxalova Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının bürünc medalını qazanıb.
Qızlar arasında 50 metr məsafəyə atəş açmada idmançımız 535 xalla fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.