Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar
13 sentyabr 2026 - 21:10 19
İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.
Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.
Bənzər xəbərlər
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının ... Ətraflı
Azərbaycan komandası Maltada estafet yarışının qalibi olub
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük ... Ətraflı