Xəbərlər

Azərbaycanın 3x3 basketbol millisi Avropa üçüncüsü olub

13 sentyabr 2026 - 22:55 40

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Yığma 3-cü yer uğrunda görüşdə Sloveniya seçməsi ilə qarşılaşıb.

 

Rəqibinə 21:18 hesabı ilə qalib gələn milli komanda bürünc mükafata sahib çıxıb.