Azərbaycanın 2 boksçusu Avropa çempionu olub
18 dekabr 2025 - 10:20 409
Almaniyanın Keinbaum şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatına yekun vurulub.
Azərbaycan millisi 29 ölkədən 382 idmançının qatıldığı yarışı 2 qızıl və 2 gümüş medalla başa vurub.
Finalda Gülər Hüseynova (48 kiloqram) Asmin Cabasla (Türkiyə) qarşılaşıb. MDB Oyunlarının qalibi Avropa çempionatını da titulla yekunlaşdırıb. O, rəqibini 5:0 (29:26, 29:26, 30:25, 30:25, 28:27) hesabı ilə məğlub edərək çempion adına yiyələnib və Almaniyada Azərbaycan himnini səsləndirib.
Qardaş Rəhimov (46 kiloqram) da komanda yoldaşının uğurunu davam etdirib. O, MDB Oyunlarının ardınca Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz həlledici görüşdə Birham-Pasa İuseimə (Rumıniya) 3:2 (29:28, 30:27, 30:27, 27:30, 28:29) hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Millimizin digər üzvlərindən Şahin Aslanov (60 kiloqram) və Şükar Əliyev (75 kiloqram) isə Avropa çempionatının gümüş medalına yiyələniblər.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı