Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
24 sentyabr 2026 - 11:59 130
Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.
Yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar.
Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa vurub.
Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/4 final görüşünü qələbə ilə başa vuraraq yarımfinala adlayıb.
Sabah Amin Məmmədzadə (55 kiloqram) yarımfinal döyüşünə çıxacaq. Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq.
Bənzər xəbərlər
Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür
Berlin 2036-cı, 2040-cı və ya 2044-cü illərdə Olimpiya və Paralimpiya ... Ətraflı
Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni ... Ətraflı