Azərbaycanda keçirilən Olimpiya Günü haqda Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb
28 iyun 2022 1412
İyunun 23-də Bakıda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən Beynəlxalq “Olimpiya Günü” tədbiri haqda Beynəlxalq Olimpiya Komitəsi məqalə paylaşıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Olimpiya çempionu Fərdi Mansurovun çıxışlarından sitatların yer aldığı yazıda Gimnastika, Karate, Velosiped və Çirlidinq federasiyalarının gənc idmançılarının nümunəvi çıxışları haqda geniş məlumat verilib. Beynəlxalq Olimpiya Komitəsi tədbirin bədii hissəsi o cümlədən OCEP məktəbliləri haqda məlumat paylaşılıb. Olimpiya bayramında keçirilən qaçış yarışı və qaliblərin adı çəkilən məqalədə Azərbaycan Milli Olimpiya Komitəsinin Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali arasında təşviq olunmasə istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib. Xəbər MOK-un mətbuat xidmətinə istinadən verilib.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha ... Ətraflı