Azərbaycanda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunun vaxtı dəqiqləşib
19 noyabr 2025 - 15:50 403
Azərbaycanın gələn il ev sahibliyi edəcəyi üzgüçülük üzrə Dünya Kubokunun vaxtı dəqiqləşib.
Gənclər və İdman Nazirliyindən bildirilib ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm yarışın 2026-cı ilin 1-3 oktyabr tarixlərində Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar. İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdman Sarayında təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənddə (Özbəkistan), 15-17 oktyabrda isə Astanada (Qazaxıstan) keçiriləcək.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı