Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
01 dekabr 2025 - 09:47 428
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
AVF-yə istinadən, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunun "Olimpiakos" (Yunanıstan) - "Eczacıbaşı" (Türkiyə) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı