Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
30 aprel 2025 692
Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, memorandumu İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov ilə İordaniya Taekvondo Federasiyasının prezidenti şahzadə Rəşid bin Əl Həsən imzalayıb.
Memorandum çərçivəsində Azərbaycan və İordaniya arasında idmanın taekvondo növü üzrə əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı təlim-məşq toplanışları, seminarlar, idmançı və məşqçilərin təcrübə mübadiləsi və digər məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.
Görüşdə Azərbaycan və İordaniyada taekvondonun inkişafı sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən danışılıb, idmanın bu növünün populyarlığının artırılması məqsədilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib və geniş fikir mübadiləsi aparılıb.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı