Xəbərlər

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-nln konfransında iştirak edir

23 oktyabr 2022 469

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəhbər heyəti Avropa Üzgüçülük Federasiyası – LEN-in seçki-hesabat konfransında iştirak edir. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə konfransın gündəliyində olan əsas məsələ büronun hesabatının dinlənilməsi, gələcəkdə görüləcək işlər, növbəti il üçün yarışların təqvim planın təsdiqi və digər təşkilatı məsələlərdir. Türkiyənin Antalya şəhərində təşkil olunan tədbirdə AÜF-nin vitse-prezidenti Elçin Həsənov və baş katib Fərid Bənəyarlı iştirak edirlər. Konfrans ərəfəsində federasiyanın rəsmiləri bir sıra görüşlər keçirməyi nəzərdə tutub.