Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin təşkil etdiyi forumda təmsil olunub
28 yanvar 2026 - 12:14 35
Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən "Qlobal antidopinq idarəçiliyinin gücləndirilməsi: Uyğunlaşdırma, ardıcıllıq və regional əməkdaşlıq" mövzusunda beynəlxalq forum təşkil olunub.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, tədbirdə ölkəmizi AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə təmsil edib.
Açılış mərasimində WADA-nın prezidenti Vitold Banka, Özbəkistan Respublikasının idman naziri Adham İkromov və milli antidopinq agentliyinin direktoru Abduşukur Sodikov çıxış ediblər.
Forumda qarşıdakı illərdə həyata keçiriləcək prioritet vəzifələr müəyyən edilib. Xüsusilə, WADA Məcəlləsinin tələblərinə tam uyğunluq, idmançıların sağlamlığının və hüquqlarının qorunması məsələlərinə xüsusi diqqət yetirilərək müzakirələr aparılıb.
Beynəlxalq forum çərçivəsində hər bir ölkənin nümayəndələri öz təcrübələri, nailiyyətləri və mövcud problemləri barədə məlumat verib, dopinqə qarşı mübarizədə əməkdaşlıq üçün effektiv yollar və imkanları təhlil ediblər.
Tədbirdə 200-dək hökumət rəsmisi, milli antidopinq təşkilatının rəhbəri, yüksək ixtisaslı mütəxəssis və beynəlxalq ekspert iştirak edib.
Bənzər xəbərlər
“Ümid edirik ki, idmançılarımız Oyunlarda layiqli çıxış edəcəklər”
Bir neçə gündən sonra Azərbaycan Olimpiya komandası XXV Qış Olimpiya ... Ətraflı
Azərbaycanın ən güclü boksçuları müəyyənləşib
Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan ... Ətraflı