Azərbaycan təlimçiləri Şahdağda keçirilən xizək yarışında 2 medal qazanıblar
06 mart 2025 466
Şahdağda keçirilən Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində alyansa üzv dövlətlərin təlimçiləri arasında xizək yarışı təşkil olunub.
Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, yarışın keçirilməsinin məqsədi alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq, xizək və snoubord idman növlərinə marağı artırmaqdır.
Turnirdə “Şahdağ”, Özbəkistanın “Amirsoy”, Qazaxıstanın “Şımbulak” və “Oy Qaraqay”, Rusiyanın “Roza-Xutor” dağ kurortlarının 50-ə yaxın xizəkçisi slalom üzrə birincilik uğrunda mübarizə aparıblar. İştirakçılar arasında azərbaycanlı təlimçilərdən Mariya Şerstyuk gümüş, Nurlan Abdulov bürünc medal qazanıb.
Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı