Azərbaycan şahmatçıları ölkə çempionatının 1/8 final görüşlərindən öncə şəhid övladları ilə görüşüblər
04 fevral 2025 580
Kişi və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, turdan əvvəl şahmatçılar Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşüb və şəkil çəkdiriblər.
AŞF və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə reallaşan layihədə maraqlı anlar yaşanıb. 1 orden və 13 medalla təltif olunan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Arazın arzusu həyata keçirilib. Araz Şadmanov uzun illər internetdən izlədiyi Şəhriyar Məmmədyarovla tanış olub. Araza şahmat yolunda uğurlar arzulayan Ş.Məmmədyarov balaca fanat ilə yenə də görüşəcəyini bildirib.
Sonda şahmatçılar balacalara hədiyyə təqdim ediblər.
Qeyd edək ki, 1/8 finalda ilk gedişi Azərbaycan Respublikasının siyasi və ictimai xadimi, diplomat və tarix elmlər doktoru Həsən Həsənov edib.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
