Azərbaycan qılıncoynadanları Avropa Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar
28 aprel 2024 45
Sablya üzrə Azərbaycan millisinin üzvü Anna Başta və şpaqaçı Ruslan Həsənov Lüksemburqda keçirilən qılıncoynatma üzrə Avropa Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar.
Qrup mərhələsində keçirdiyi beş görüşü qalib başa vuran Anna Başta qadın sablyaçıların şəxsi yarışında ən güclü səkkizliyə yüksəlib.
İdmançı Polşa təmsilçisi Malgorzata Kozaczuk ilə keçirilən qarşılaşmanın gedişatında ciddi zədə aldığından görüşü davam etdirə bilməyib.
Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə litvalı Arnas Salokasa 15-9 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada portuqaliyalı Miguel Frazaoya eyni hesabla məğlub olub.
Bənzər xəbərlər
Azərbaycanın daha 8 boksçusu “Heydər Əliyev Kuboku-2024”ə qələbə ilə başlayıb
Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin ... Ətraflı
Bakıda Ümummilli Liderin xatirəsinə həsr olunmuş üzgüçülük turniri keçirilib
Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Dəmir yumruq” ... Ətraflı