Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı artırılacaq
06 yanvar 2025 788
Azərbaycan Peşəkar Çövkən Liqasında komanda sayı artırılacaq.
Bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib.
O, 12 kollektivin turnirdə mübarizə aparacağını söyləyib:
"Növbəti Peşəkar Çövkən Liqası martda start götürəcək və dekabra qədər davam edəcək. Bu il keçiriləcək liqada çövkən komandalarının sayı artıq 12 olacaq. Bu da o deməkdir ki, 2 dövrə ərzində 22 tur olacaq və 132 oyun keçiriləcək".
Qeyd edək ki, ilk Peşəkar Çövkən Liqasında 10 kollektiv mübarizə aparıb və "Sərhədçi" yekunda qalib olub.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı