Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12 sentyabr 2026 - 21:00 179
Sentyabrın 12-də Səudiyyə Ərəbistanı Krallığının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 15-ci Baş Assambleyası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Fərid Mansurov və MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev təmsil edib.
Baş Assambleyanın açılış mərasimində ISSA-nın prezidenti Əbdüləziz bin Türki əl-Feysəl əl-Səud və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri çıxış edərək iştirakçıları salamlayıblar.
Tədbirin gündəliyinə əsasən, Baş Assambleya çərçivəsində bir sıra vacib məsələlər müzakirə olunub.
Müzakirələr sırasında "Ər-Riyad-2025" 6-cı İslam Həmrəyliyi Oyunlarının yekun hesabatı, "Malayziya-2029" 7-cı İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi, təşkilatın Nizamnaməsinə təklif edilən dəyişikliklər və 2025-ci il üzrə audit hesabatının təsdiqi yer alıb.
Assambleyada ISSA-nın 2026–2029-cu illər üzrə İcraiyyə Komitəsinə seçkilər keçirilib.
Seçki prosesi çərçivəsində Seçki Komissiyasının hesabatı dinlənilib, təsdiqlənmiş namizədlərin siyahısı elan olunub və 2026–2029-cu illər üçün İcraiyyə Komitəsinin yeni heyəti ilk iclasını keçirib.
Tədbirdə səlahiyyət müddəti başa çatan İcraiyyə Komitəsi üzvləri təltif edilib. Təltifetmə mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) vitse-prezidenti Çingiz Hüseynzadə ISSA-nin İcraiyyə Komitəsindəki fədakar xidmətləri, dəyərli töhfələri, eləcə də rəhbərliyi və sadiqliyi ilə Assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayevə təqdim olunub.
Assambleyada həmçinin 2026–2029-cu illər üçün Atletlər Komissiyasının yeni heyəti və 2027-ci ildə keçiriləcək 16-cı Baş Assambleyanın keçiriləcəyi məkan və tarix müəyyən olunub.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı








