Azərbaycan millisindən tarixi nailiyyət: Avropa çempionatında iki rekord və komanda hesabında ikinci yer
26 sentyabr 2026 - 11:52 40
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə Avropa çempionatına yekun vurulub. Medalların sayında və əyarında rekord vuran Azərbaycanın kişi boksçulardan ibarət millisi komanda hesabında ikinci yeri tutub.
Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız bu tarixi nailiyyətə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla nail olub. İlk pilləni Rusiya (5-2-0) tutub, “üçlüy”ü Ukrayna (1-1-1) qapayıb. Ruslara finallarda 2 məğlubiyyəti Azərbaycan boksçuları yaşadıblar.
Millimiz kişi və qadın boksçuların komanda hesabında isə üçüncü yerdə qərarlaşıb və xüsusi kubokla mükafatlandırılıb. Bu siyahıda Rusiya (7-5-3) birinci, Türkiyə (4-1-5) ikinci yeri tutub.
Komandamızın heyətində Avropa çempionu olan Səidcəmşid Cəfərov isə yarışın ən yaxşı boksçusu seçilib.
Qeyd edək ki, 43 ölkədən 406 idmançının mübarizə apardığı Avropa çempionatında Azərbaycan boksçularından Sübhan Mamedovla (50 kq) Səidcəmşid Cəfərov (75 kq) qızıl, Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım ... Ətraflı
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və ... Ətraflı