Azərbaycan komandası III Avropa Oyunlarında ilk qızıl medalını qazanıb
22 iyun 2023 189
Karateçimiz Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycan komandasına ilk medalı qazandırıb.
Yarışda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qrup mərhələsində macarıstanlı İv Tadiss, Toni Pissino (İsveçrə) və yunanıstanlı Dionisios Xenosa qalib gələrək yarımfinala adlayıb.
Yarımfinalda polşalı Miloş Sabieçkini məğlub edən karateçimiz qızıl medal uğrunda görüşdə iştirak hüququ qazanıb. Karateçimiz həlledici görüşdə yenidən yunanıstanlı Dionisios Xenos ilə qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn T.Ağalarzadə III Avropa Oyunlarının qızıl medalına sahib olub.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı