Azərbaycan karateçiləri Belçikada keçirilən Avropa çempionatında üç medal qazanıblar
26 oktyabr 2026 - 13:11 58
Azərbaycan Karate Federasiyasının kyokuşin (kay) senşi karate üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında üç medal qazanıblar.
Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Qitə birinciliyində Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və bir bürünc mükafata sahib çıxıblar.
U-18 yaş qrupunda Selcan Babayeva (+60 kq) bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.
U-21 yaş kateqoriyasında Cəmil Kazımlı (+80 kq) gümüş, böyüklər arasında isə Sahil Musazadə (70 kq) bürünc medala yiyələnib.
Bənzər xəbərlər
Azərbaycan boksçuları U-15 Avropa çempionatını 10 medalla başa vurublar
Azərbaycan millisi Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa ... Ətraflı
Əli Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi oldu
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Əli ... Ətraflı