Qadın sablyaçılardan ibarət Azərbaycan millisi Dünya Kubokunda 4-cü olub
19 oktyabr 2026 - 11:26 48
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kuboku mərhələsində komanda yarışını 4-cü pillədə başa vurub.
Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma ilk görüşündə ABŞ millisini 45:43 hesabı ilə məğlub edərək ən güclü “səkkizliy”ə yüksəlib.
1/4 final mərhələsində Özbəkistan seçməsi ilə qarşılaşan komandamız gərgin mübarizədən yenə 45:43 hesablı qələbə ilə ayrılaraq yarımfinala vəsiqə qazanıb.
Millimiz finala yüksəlmək uğrunda sonradan Dünya Kubokunun qalibi olan Macarıstan yığması ilə qarşılaşmalı idi. Lakin əvvəlki iki görüşün gedişində Palina Kaspiaroviç və Zərifə Hüseynovanın zədələnməsi səbəbindən komandamız yarımfinal görüşünə çıxa bilməyib. Beləliklə, Azərbaycan millisi Dünya Kubokunu 21 komanda arasında 4-cü pillədə tamamlayıb.
Şəxsi yarışlarda isə Anna Başta, Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini uğurla adlasalar da, pley-off görüşlərində məğlub olaraq əsas mərhələyə yüksələ bilməyiblər. Zərifə Hüseynova isə mübarizəni erkən dayandırıb.
Bənzər xəbərlər
Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub
Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından ... Ətraflı
Azərbaycan atletləri Avropa birinciliyini 9 medalla başa vurublar
Azərbaycan atleti Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və ... Ətraflı