Futbol üzrə Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb
24 oktyabr 2026 - 23:19 44
Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb.
U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb.
Görüş Famil Xəlilovun yetirmələrinin 6:0 hesablı böyük qələbəsi ilə başa çatıb. Millimizin heyətində Müşfiq Zamanov (2), Həsən Məhmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə fərqləniblər.
Yığmamız növbəti görüşünü oktyabrın 24-də Andorra komandasına qarşı keçirəcək.
Qeyd edək ki, turnirin ilk oyunlarına oktyabrın 23-də start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.
Bənzər xəbərlər
Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya ... Ətraflı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya ... Ətraflı