Azərbaycan III Avropa Oyunlarında növbəti medalını qazanıb
24 iyun 2023 793
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarını ikinci pillədə başa vurub.
54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Huqo Arillo Vaskes (İspaniya) ilə qarşılaşıb. Rəqibinə məğlub olan (3:0, 3:11, 9:7) taekvondoçumuz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, S.Dadaşov səkkizdəbir finalda Xalid Abdel Halim (Almaniya) ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz dörddəbir finala adlayıb. İdmançımız növbəti qarşılaşmasında Lübomir Boqdanovla (Bolqarıstan) döyüşüb. 10:5, 10:5 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. O, bu mərhələdə isveçli Ebrahim Marvanla üz-üzə gəlib. 8:2, 7:3 hesabı ilə üstün olan idmançımız finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə çempionatında daha ... Ətraflı