Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
02 oktyabr 2024 1486
Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il oktyabr ayına olan reytinq cədvəlini açıqlayıb.
Siyahıya 590 xalla “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Hidayət Heydərov başçılıq edir. Olimpiadada 5-ci yeri tutaraq tarixi nəticəyə imza atmış bədii gimnastika üzrə qrup hərəkətləri komandası 500 xalla ikinci, Olimpiya Oyunlarının digər qızıl medalçısı Zelim Kotsoyev (cüdo) 470 xalla üçüncü yerdə qərarlaşıb.
Növbəti pillələrdə müvafiq olaraq Nikita Simonov (kişi idman gimnastikası, 340 xal), Elcan Hacıyev (cüdo, 320), Anna Skidan (çəkic atma, 315 xal), Balabəy Ağayev (cüdo, 310 xal), Yaşar Nəcəfov (cüdo, 300 xal), Leyla Əliyeva (cüdo, 290 xal) və Zelim Tçkayev (cüdo, 280 xal) yer alıblar.
Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Bənzər xəbərlər
ASF-nin baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev Kolorado Sprinqs şəhərində “USA Swimming”in (ABŞ Üzgüçülük Federasiyası) baş icraçı direktoru Kevin Rinq ilə görüşüb. O, həmçinin təşkilatın kommersiya əməliyyatları direktoru Brays Elser, eləcə də milli komandanın direktoru və məşçisi Kim Vilyams ilə görüşlərdə iştirak edib.
Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasının “Açıq Dünya” proqramının “İdman vasitəsilə iqtisadi inkişaf” layihəsi çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ASF-nin baş katibi bir sıra dövlət və idman qurumlarının rəhbər ... Ətraflı
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə ... Ətraflı