Azərbaycan İdman Akademiyasında əsaslı şəkildə yenilənən cüdo zalı istifadəyə verilib
24 sentyabr 2025 - 14:16 337
Azərbaycan İdman Akademiyasında (ASA) əsaslı şəkildə yenilənən cüdo zalı istifadəyə verilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, ASA-nın rektoru Fuad Hacıyev cüdoçuların peşəkar hazırlığının və sağlam həyat tərzinin təşviqinin Akademiyanın əsas prioritetləri arasında olduğunu bildirib. Rektor göstərilən dəstəyə görə Azərbaycan Cüdo Federasiyasına (ACF) minnətdarlığını ifadə edib.
ACF-nin baş katibi Rəşad Rəsullu üç ildir ASA ilə federasiya arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib. O, həmçinin bildirib ki, Böyük Britaniyanın Hertfordşir Universiteti ilə birgə cüdo sahəsində praktiki dərslərin təşkili və yeni məşqçilər üçün ixtisasartırma kurslarının keçirilməsi bu əməkdaşlığın mühüm istiqamətlərindəndir.
Daha sonra Böyük Britaniyanın Hertfordşir Universitetinin professoru Mayk Kallen ASA və ACF arasında qurulan üçtərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əməkdaşlığın cüdo biliklərinin yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq arenada da yayılmasına böyük töhfə verdiyini vurğulayıb.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı