Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb
08 oktyabr 2026 - 18:43 36
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
90 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.
Bununla da, idmançılarımız günü 1 bürünc medalla başa vurublar. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, və Süleyman Şükürovun (hər ikisi 90 kq) çıxışları uğursuz alınıb.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün ... Ətraflı
Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Milli ... Ətraflı