Azərbaycan cüdo millisi Almaniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
25 iyun 2025 - 10:40 633
Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan milli komandası Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Praqa Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.