Azərbaycan boksçuları ilin ilk yarışında 7 medal qazanıblar
22 yanvar 2024 817
Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokuna yekun vurulub.
Milli komanda ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.
Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kiloqram) yeniyetmələr, Aynur Mikayılova (54 kiloqram) və Emili Rzayeva (63 kiloqram) gənclər arasında qalib adına yiyələnib. Onlar finalda müvafiq olaraq, Ema Andjela Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.
Böyüklərin yarışında Aynur Rzayeva (81 kiloqram) həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzaraq ikinci yeri tutub.
Digər boksçulardan Marjona Savriyeva (50 kiloqram), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kiloqram) və Şəhla Allahverdiyeva (66 kiloqram) bürünc medala sahib olublar.
Yığma bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.
Qeyd edək ki, Millətlər Kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.
Bənzər xəbərlər
Dubayda dünya çempionatında medallar qazanan Azərbaycan boksçuları vətənə qayıdıblar
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iştirak edən ... Ətraflı
Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) ... Ətraflı