Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
30 sentyabr 2026 - 16:11 132
Sentyabrın 30-da Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov 4 il ərzində federasiyaya rəhbərlik etmiş Muxtar Babayevə fəaliyyətinə görə minnətdarlığını bildirib. Muxtar Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü ifadə edib.
İclasın gündəliyi təsdiqləndikdən sonra Azərbaycan Alpinizm Federasiyası İctimai Birliyinin 2022-2026-cı illər ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, səsvermə ilə təsdiqlənib.
Daha sonra federasiyanın rəhbərliyinə seçki keçirilib. Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib. Yığıncaqda çıxış edən Ağakərim Səmədzadə göstərilən etimada görə təşəkkürünü bildirib və alpinizmin inkişafı istiqamətində əlindən gələni edəcəyini vurğulayıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı