Azərbaycan ağırlıqqaldıranı Qran-Pri yarışında qızıl medal qazanıb
13 dekabr 2023 947
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışının qalibi olub.
109 kiloqram çəki dərəcəsində çıxış edən atlet birdən qaldırmada 176 kiloqramı ram edib və bu hərəkətdə qızıl medal qazanıb.
O, təkanla qaldırma hərəkətində isə 212 kiloqramı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb.
Toplam 388 (176+212) kiloqram nəticə göstərən D. Dadaşbəyli yekun sıralamada da hamını qabaqlayıb və öz çəkisində çempion olub.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı