Avropa çempionatı: Zöhrə Ağamirova daha iki növdə finala yüksəlib
19 may 2023 272
Bakıda keçirilən Avropa çempionatında Azərbaycanın iki bədii gimnastı bu gün fərdi proqramda növbəti çıxışlarını ediblər.
Zöhrə Ağamirova ilə İlona Zeynalova təsnifat mərhələsində gürzlər və lentlərlə bacarıqlarını göstəriblər.
Gürzlərlə hərəkətlərin icrasında hakimlərdən 31.050 xal alan Ağamirova adını finala yazdırıb. O, lentlə hərəkətlərdə 28.900 xal toplayıb. Beləliklə, 4 hərəkətin cəmində 95.750 xal yığan Ağamirova ümumi sıralamada 5-ci yeri tutaraq, çoxnövçülükdə də finala adlayıb.
Azərbaycan gimnastı daha əvvəl halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iki növdə finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.
Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı