Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala yüksəlib, biri bürünc medal qazanıb
08 oktyabr 2025 - 11:18 475
Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib. Mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Banuçiçək Nəsirli (48 kiloqram) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gələcək.
Bilalhəbaşi Nəzərov (50 kiloqram) isə Lonut Razvan Panainteni (Rumıniya) sınağa çəkib. Hər üç raundda rəqibinə qalib gələn boksçumuz yekunda 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26) hesabı ilə qələbə qazanıb. Nəzərov finalda Tommaso Orlando (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçumuz Sübhan Babayev (60 kq) Luka Çxikvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından təmsilçimiz bürünc medala yiyələnib.
Qeyd edək ki, yarımfinal mərhələsində bu gün daha 2 boksçumuz rinqə çıxacaq. Avropa çempionatında final döyüşləri isə oktyabrın 10-da keçiriləcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı