Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb
14 fevral 2024 148
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
60 kiloqram çəki dərəcəsində çıxış edən Nihad Məmmədli finalda moldovalı Viktor Çiobanunu üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin digər üzvləri Həsrət Cəfərov (67 kiloqram) qızıl mükafat uğrunda rusiyalı Ruslan Biçurin, Ülvü Qənizadə (72 kiloqram) isə türkiyəli Səlçuk Canla qarşılaşacaq.
Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı