Atıcılarımızın Münhen hədəfi
21 yanvar 2025 662
Bu gün Almaniyanın Münhen şəhərində atıcılıq üzrə ənənəvi "2025 H&N Kuboku”na start verilib.
Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında ölkəmiz 7 idmançı ilə təmsil olunur.
Komandamızın heyətində Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mübarizə aparır. Turnirə yanvarın 26-da yekun vurulacaq.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı