Xəbərlər

Anna Başta Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazandı!

05 mart 2022 505

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növündə qadınların Düyan Kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib.

Mübarizəyə əsas mərhələdən qoşulan sablya üzrə milli komandamızın lideri Anna Başta ilk görüşündə Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib. Başta ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Anna yarımfinal uğrunda qarşılaşmada fransalı Sarah Noutça ilə üz-üzə gəlib.Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadamız yarımfinalda polşalı Silvia Matuszaka 15:13 hesabı ilə qalib gəlib.  Annanın finalda rəqibi ispan Lusia  Martin-Portugues olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Anna Başta cari mövsüm ardıcıl ikinci Dünya Kubokunun qalibi oldu! 

Sablyaçımız daha öncə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb.