Aliyə Paşayeva: “Görünür, bu işimdə də ümidləri doğrulda bilmişəm”
05 mart 2024 1243
“Bildiyiniz kimi, keçən il də “İdman səfiri” olmuşdum. Görünür, bu işimdə də ümidləri doğrulda bilmişəm”.
Bu sözləri Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü ilin “İdman səfiri” seçilən bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, Əməkdar idman ustası Aliyə Paşayeva 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Qubada keçirilən idman paradında jurnalistlərə müsahibəsində deyib.
Bu sahədə təcrübəsinin olduğunu deyən Aliyə Paşayeva səfir kimi ona etimad göstərildiyi üçün Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.
“Düşünürəm ki, bu işimi mükəmməl yerinə yetirə biləcəyəm. Ötən il bu işdə həyəcanlı idim. Artıq bu il daha təcrübəli və iddialı olacağam. Çalışacağam ki, öz təcrübəmi gənc idmançılarla bölüşüm, nəticədə yeni istedadlı idmançılar yetişsin”, - deyə Aliyə paşayeva qeyd edib.
Bənzər xəbərlər
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq
Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən başlayacaq.
Bu barədə Azərbaycan Su ... Ətraflı
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı