Ağanəzər Novruzov VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
21 noyabr 2025 - 15:54 575
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olympic.az xəbər verir ki, sərbəst güləşçimiz Ağanəzər Novruzov (74 kq) finalda İran güləşçisi Yunis Emamiçoğaiyə 0:5 hesabı ilə məğlub olaraq Oyunların gümüş medalını qazanıb.
Qeyd edək ki, bu gün VI İslam Həmrəyliyi Oyunlarına yekun vurulur.

